...

Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb

Dünya xəbərləri Materials 9 Dekabr 2024 09:09 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azalaraq, 110 milyon 463 min 97 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə İrana 9 milyon 497 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 24,2 faiz artaraq”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Xəbər lenti

Xəbər lenti