Bakı. Trend:
HƏMAS qruplaşması Qəzzada saxlanan və fevralın 1-də azad etməyə hazırlaşdığı növbəti əsirlərin siyahısını İsrail tərəfinə təqdim edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Dohada Həmasla İsrail arasında bağlanmış atəşkəs və əsrlərin azad edilməsi ilə bağlı sazişin ilk 42 günlük mərhələsi çərçivəsində HƏMAS 33 İsrailli əsiri azad etməyi öhdəsinə götürüb. Azad edilməli olan əsirlər arasında hərbi və mülki qadınlar, uşaqlar, yaralılar və qocalar yer alır, İsrail tərəfi isə öz həbsxanalarında saxladığı fələstinli əsirləri azad etməyə razılaşıb.