...

ABŞ-dan 11 minə yaxın miqrant Meksikaya deportasiya edilib - Prezident Şeynbaum

Dünya xəbərləri Materials 8 Fevral 2025 01:16 (UTC +04:00)
ABŞ-dan 11 minə yaxın miqrant Meksikaya deportasiya edilib - Prezident Şeynbaum
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra ABŞ-dan 11 minə yaxın miqrant Meksikaya deportasiya edilib.

Trend Qərb mətbuatına istinadən xəbər verir ki, bu rəqəmə təxminən 2,500 Meksika vətəndaşı olmayan şəxs də daxildir.

Şeynbaumun sözlərinə görə, Meksikaya gətirilən bəzi miqrantlar könüllü olaraq, qurudan və havadan Hondurasa qaytarılıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Şeynbaum ABŞ-nin Meksika mallarına tətbiq etmək istədiyi 25 faizlik rüsumların təxirə salınması üçün Donald Trampla razılığa gəlib. Bunun müqabilində Meksika ABŞ sərhədində miqrant axınının qarşısını almaq üçün Milli Qvardiya qoşunlarını yerləşdirib.

Xəbər lenti

Xəbər lenti