Bakı. Trend:
Kanadanın Ontario vilayətində 50-yə yaxın avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
Trend xəbər verir ki, CBC telekanalının məlumatına görə, hadisə Oriliya şəhəri yaxınlığında, magistral yolda qeydə alınıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Polisin açıqlamasına görə, hadisəyə səbəb güclü qar yağması olub.