...

Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb

Dünya xəbərləri Materials 10 Fevral 2025 22:54 (UTC +04:00)

Bakı. Trend:

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb.

Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.

Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.

Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti