...

Bu ölkə Ukraynaya ilk “F-16” partiyasının tədarükünü təxirə salıb

Dünya xəbərləri Materials 21 Fevral 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikanın 30 “F-16” qırıcısının ilk partiyasının Ukraynaya verilməsi bir il müddətinə təxirə salınıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Belçikanın Baş Qərargah rəisi aviasiya generalı Frederik Vansina bildirib.

Onun sözlərinə görə, göndərilmənin təxirə salınmasına səbəb ABŞ-dən Belçikaya yeni nəsil “F-35” qırıcılarının tədarükünün yubanmasıdır.

“Biz Ukraynanı ilk təyyarələrlə bu ilin sonundan etibarən təchiz etməyə başlayacağımıza ümid edirik”, - qərargah rəisi bildirib.

Xatırladaq ki, ötən il Belçikanın keçmiş müdafiə naziri Lüdivin Dedonder 2024-cü ilin sonuna qədər Belçika hərbi arsenalından çıxarılmalı olan ilk 2 “F-16” qırıcısını Ukraynaya verəcəklərini söz vermişdi.

Belçika ordusu ABŞ-dən yeni nəsil “F-35” qırıcılar gəlməmiş, F-16-ları istismardan çıxarmaq istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti