...

İlon Mask Mars missiyası ilə bağlı yeni detallar açıqlayıb

Dünya xəbərləri Materials 16 Mart 2025 10:12 (UTC +04:00)
İlon Mask Mars missiyası ilə bağlı yeni detallar açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar və "SpaceX" şirkətinin təsisçisi İlon Mask Marsa səyahət planları ilə bağlı yeni təfərrüatları bölüşüb.

Trend-in məlumatına görə, Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, 2026-cı ilin sonunda "qırmızı planet"ə göndərilməsi planlaşdırılan kosmik gəmidə "Tesla" mühəndisləri tərəfindən hazırlanan "Optimus" robotu da yer alacaq.

"Əgər bu enmələr uğurlu olarsa, insanların Marsa səfəri 2029-cu ildə başlaya bilər, baxmayaraq ki, 2031-ci il daha real tarixdir", - deyə Mask bildirib.

Qeyd edək ki, sahibkar daha əvvəl süni intellektə malik robotların Marsa göndərilməsini planlaşdırdığını açıqlamışdı. O, bu missiyanın 2026-cı ilin noyabrına nəzərdə tutulduğunu və səyahətin Yerlə Mars arasında hər 26 aydan bir mümkün olduğunu vurğulamışdı.

Xəbər lenti

Xəbər lenti