Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda ötən gün keçirilən və 100 mindən çox insanın iştirak etdiyi aksiyada 22 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, Serbiya Prezidenti Aleksandar Vuçiç etirazlara hörmətlə yanaşdığını, aksiya zamanı verilən mesajın başa düşülməsinin vacibliyini vurğulayıb.
Aksiyada iştirak edən insanlar, 2023-cü ilin noyabrında Novı Sad şəhərindəki dəmir yolu vağzalında baş vermiş və 15 nəfərin həyatına son qoyan qəzanı pisləyərək “15 nəfər üçün ayın 15-i” şüarı ilə etiraz ediblər.
Bu aksiyanın, 2000-ci ildə keçirilən etirazlardan sonra ölkə tarixində ən genişmiqyaslı aksiyalarından biri olduğu bildirilib.