Bakı. Trend:
ABŞ ordusu Yəmənin şimal-qərbindəki Saada əyalətindəki husi mövqelərinə zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Bildirilib ki, Məciz rayonundakı Tahiya bölgəsindəki hədəflər atəşə tutulub. Ölən və yaralananların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Trampın göstərişi ilə Yəməndə husilərin nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirilməyə başlanıb.