...

ABŞ sanksiya siyasətini yenidən nəzərdən keçirir

Dünya xəbərləri Materials 19 Mart 2025 03:32 (UTC +04:00)
ABŞ sanksiya siyasətini yenidən nəzərdən keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin mövcud sanksiya siyasətinin yenidən qiymətləndirilməsi barədə tapşırıq verib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox Business" kanalına müsahibəsində bildirib.

Tramp administrasiyası sanksiya siyasətində dəyişiklik etməyi planlaşdırır, çünki hazırkı yanaşma dolların dünya ehtiyat valyutası kimi rolunu zəiflədir və ölkələr alternativ valyutalara yönəlirlər.

"Uzun müddət ərzində bizdə mənim 'passiv sanksiyalar' adlandırdığım bir yanaşma mövcud idi. Biz hesab edirik ki, bu metod dolların ehtiyat valyutası kimi rolunu zəiflədir, çünki insanlar dollardan imtina etməyə başlayırlar", – deyə Bessent vurğulayıb.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi mövcud sanksiya rejimini daha təsirli etmək üçün "maksimum effektiv sanksiyalar" modelinə keçid etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti