...

Böyük Britaniya dövlət kredit kartlarını donduracaq

Dünya xəbərləri Materials 19 Mart 2025 06:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti büdcə qənaətinə yönəlmiş tədbirlər çərçivəsində, bu həftə, yüz milyonlarla funt-sterlinq sərf edilən minlərlə dövlət kredit kartını donduracağını elan edib.

Trend Reuters-ə istinadən xəbər verir ki, yavaşlayan iqtisadi artım proqnozları fonunda və maliyyə qaydalarına tabe olaraq, hökumət büdcə islahatları həyata keçirmək məqsədini güdür. Nazirlər Kabineti Ofisinin yaydığı bəyanata görə, təxminən 20 min dövlət satınalma kartının əksəriyyətinin dondurulması, israfçılığın qarşısını almağa yönəlmiş bir addımdır.

Məlumatda bildirilir ki, hökumət kredit kartları ilə edilən xərclər, 2020-21-ci maliyyə ilindən bəri dörd dəfədən çox artıb. 2024-2025-ci illərdə bu xərclərin 675 milyon funt sterlinqdən (876.83 milyon dollar) çox olması gözlənilir, halbuki bu məbləğ 2020-ci ildə yalnız 155 milyon funt olub.

Pat Makfadden, kabinet naziri, bildirib ki, dövlət kredit kartlarına hər il yüz milyonlarla funt xərclənməsi və bunun düzgün nəzarət edilməməsi yolverilməzdir. O, həmçinin vurğulayıb ki, bu kartlardan yalnız zəruri vəzifələrini yerinə yetirən məmurlar istifadə etməlidir.

Xəbər lenti

Xəbər lenti