...

Türkiyədə lirə dollar qarşısında rekord həddə ucuzlaşdı

Dünya xəbərləri Materials 19 Mart 2025 12:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Türk lirəsinin ABŞ dollarına nisbətdə dəyəri tarixi minimumuna düşüb.

Trend xəbər verir ki, martın 19-da Beynəlxalq Forex bazarında dolların məzənnəsi 11,99% bahalaşıb.

Beləcə, bir dollar 41,1 lirəyə mübadilə olunmağa başlanılıb. Bu, ölkənin tarixində dolların ən böyük yüksəlişi sayılır.

Türkiyədə aktivlərdə də tənəzzül müşahidə olunur. Türk şirkətlərinin səhmləri ucuzlaşıb, 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə bu ilin ən yüksək səviyyəsinə qalxıb. “Borsa İstanbul 100” indeksi 6,9% çöküb ki, bu da sövdələşmələrin dayandırılmasına yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti