...

Gürcüstanın baş naziri ABŞ-la münasibətləri bərpa etməkdə maraqlı olduğunu bildirib

Dünya xəbərləri Materials 20 Mart 2025 01:16 (UTC +04:00)
Gürcüstanın baş naziri ABŞ-la münasibətləri bərpa etməkdə maraqlı olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan bərpa etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Baş nazir İrakli Kobaxidze Gürcüstanın "TV 1" telekanalına deyib.

"Biz daha əvvəl də bəyanatlar vermişdik ki, ABŞ ilə münasibətlərimizi yenidən qurmaq, strateji tərəfdaşlığı sadəcə sıfırdan deyil, hər iki ölkə üçün konkret vəzifə və prioritetləri əks etdirəcək konkret yol xəritəsi ilə bərpa etmək istəyirik", - deyə o bildirib.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstanın xarici işlər naziri Maya Boçorişvili ilə ABŞ-ın Tbilisidəki səfiri Robin Dunniqan arasında bir neçə gün əvvəl görüş keçirilib və “bağlı qapılar arxasında görüşünün məzmununun müzakirəsi qəbuledilməz olsa da, hər iki tərəf ölkələrimiz arasında münasibətlərin səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu bildirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti