...

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Dünya xəbərləri Materials 20 Mart 2025 15:03 (UTC +04:00)
“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Deutsche Bank” bu il təxminən 2 min iş yerini ixtisar etməyi və filiallarının sayını azaltmağı planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bankın rəhbəri Kristian Zevinq bir konfransda “əhəmiyyətli sayda” filialın bağlanacağını, iş yerlərinin ixtisarı üçün tələb olunan vəsaitin artıq ayrıldığını bildirib.

“Deutsche Bank” ötən ilin sentyabrında fərdi müştərilərə xidmətin əsasən video və telefon vasitəsilə göstəriləcəyini və ixtisarların aparılacağını açıqlamışdı. Bununla əlaqədar, bank işçi heyətinin nümayəndələri ilə danışıqlar aparacağını bildirmişdi. Hazırda bankın dünya üzrə 90 min əməkdaşı var. Təkcə Almaniyada “Deutsche Bank”a məxsus 380, “Postbank”a aid isə 470 filial fəaliyyət göstərir.

Bankın rəhbərliyi süni intellektin geniş tətbiqi və idarəetmə strukturunun sadələşdirilməsi ilə xərcləri azaltmağı hədəfləyir. Yeni “Deutsche Bank 3.0” proqramı çərçivəsində bankın gəlirliliyinin artırılması planlaşdırılır.

Ötən il “Deutsche Bank”ın mənfəəti 5,3 milyard avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz azdır.

Xəbər lenti

Xəbər lenti