Bakı. Trend:
Londonun Hitrou hava limanı bu gün bütün uçuşlar üçün bağlı qalacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar hava limanını elektrik enerjisi ilə təmin edən yaxınlıqda yerləşən yarımstansiyadakı yanğından sonra verilib.
Dünyanın ikinci ən işlək hava limanı olan Hitrounun rəhbərliyi qarşıdakı günlərdə uçuş cədvəllərində pozuntu olacağı barədə xəbərdarlıq edib və sərnişinlərə hava limanı yenidən açılana qədər heç bir halda səyahət etməməyi tövsiyə edib.
Uçuş izləmə platforması “Flightradar24”ün məlumatına görə, bu gün Hitrou hava limanına gələn və ya buradan gedən ən azı 1351 reys ləğv oluna bilər.
Hayes rayonunda yerləşən yarımstansiyada baş vermiş yanğın nəticəsində 4900-dən çox ev işıqsız qalıb və ətraf ərazilərdən 150 nəfər təxliyə olunub.