...

Cənubi Koreya müxalifəti daha bir impiçment tələbi ilə çıxış edib

Dünya xəbərləri Materials 21 Mart 2025 15:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın əsas müxalif qüvvəsi olan Demokratiya Partiyası Prezident Yun Sok Yolun, ardınca onun səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Duk Sunun impiçmentindən sonra, indi də Prezident və Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Baş nazirin müavini, maliyyə naziri Çoy Sanq Mokun impiçmentinə nail olmaq istəyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə əsas müxalif qüvvə olan Demokratiya Partiyasından 5 deputat Çoy Sanq Mokun impiçmenti ilə əlaqədar qanun layihəsini Milli Assambleyaya təqdim edib.

Müxalifət prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Çoy Sanq Mokun Konstitusiya Məhkəməsinin 9-cu hakiminin təyinatını gecikdirməsindən narazıdır. Bir müddət əvvəl Çoy Sanq Mok Konstitusiya Məhkəməsinin 7-ci və 8-ci hakiminin təyinatını təsdiqləsə də, müxalifətin tövsiyə etdiyi namizədin təyinatını gecikdirir.

Müxalifət hesab edir ki, təyinatın gecikdirilməsi martın 24-də gözlənilən Konstitusiya Məhkəməsinin Prezident Yon Sok Yolun impiçmentinə dair qərarına təsir edəcək. Belə ki, parlamentin impiçment qərarının təsdiqi üçün Konstitusiya Məhkəməsinin 9 hakimindən ən azı 6-sının müsbət rəyi lazımdır. Qanunvericiliyə əsasən, deputatların impiçment təklifin 3 gün ərzində parlamentin plenar sessiyasında səsverməyə çıxarmalıdır.

Qeyd edək ki, Cənubi Koreya parlamentində üstünlüyü olan müxalifət Demokratiya Partiyasının təşəbbüsü və liderliyi ilə dekabrın 14-də Prezident Yun Sok Yolun impiçmentinə nail olub. Dekabrın 27-də isə parlamentdə prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Duk Sunun impiçmenti səsə qoyularaq qəbul edilib. Ondan sonra prezident səlahiyyətlərini Baş nazirin müavini, maliyyə naziri Çoy Sanq Mok icra edir.

Xəbər lenti

Xəbər lenti