...

Sudan ordusu Xartumu üsyançı silahlı qruplaşmadan tamamilə azad edib

Dünya xəbərləri Materials 27 Mart 2025 06:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sudan ordusu paytaxt Xartumu üsyançı silahlı qruplaşma olan Çevik Dəstək Qüvvələri (RSF) ilə apardığı mübarizədə tamamilə azad edib.

Trend xəbər verir ki, bu, müharibənin başlanmasından sonra Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhanın Xartum beynəlxalq aeroportuna enən təyyarəsi ilə ölkəyə ilk dəfə qayıtması ilə əlaqəlidir.

Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan, Prezident Sarayında çıxış edərək, üsyançılardan təmizlənən bu ərazinin artıq dövlət nəzarətində olduğunu açıqlayıb.

Həmçinin, Sudan ordusu əl-Cəzirə vilayətinin şimalındakı kəndlərə və Xartum vilayətinin cənubuna doğru irəliləməyə davam edir.

Xəbər lenti

Xəbər lenti