...

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb

Dünya xəbərləri Materials 30 Mart 2025 13:09 (UTC +04:00)

Bakı. Trend:

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1700 nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Daha 3400 nəfər yaralanıb, 300-ə yaxın insan isə itkin düşüb.

Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tayland Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti