Bakı. Trend:
Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir.
Xatırladaq ki, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Yeraltı təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda yerləşən Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub. Paytaxt Banqkokda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində azı 6 nəfər ölüb, onlarla insanın yaralanıb.