...

Myanmada zəlzələ qurbanlarının sayı 2.7 min nəfəri ötüb

Dünya xəbərləri Materials 1 Aprel 2025 11:10 (UTC +04:00)
Myanmada zəlzələ qurbanlarının sayı 2.7 min nəfəri ötüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Myanmada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının sayı 2 min nəfəri ötüb. Bəzi mənbələr bu rəqəmin 2,7 minə çatdığını yazır.

Trend xəbər verir ki, bu haqda Çinin Mərkəzi Telekanalı fəlakət zonasında aparılan axtarış-xilasetmə əməliyyatının nəticələrinə əsasən məlumat yayıb.

Telekanal dağıntılar altında 2719 meyitin çıxarıldığını bildirsə də, Myanma hökumətinin rəsmi itki sayı daha az göstərilir.

Ölkənin hərbi rəhbərliyi təbii fəlakətlə əlaqədar ölkədə bir həftəlik matəm elan edib.

Bu arada, Birləşmiş Millətlər Təşkilatı dünya ictimaiyyətini təcili olaraq zəlzələdən əziyyət çəkən regiona 8 milyard dollar həcmində beynəlxalq ianə toplamağa çağırıb. Təşkilat müharibə şəraitində olan ölkədə bir çox xəstəxanaların dağılmasından sonra humanitar böhranın daha da kəskinləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti