Bakı. Trend:
Hakerlər Çexiyanın baş naziri Petr Fialın “X” sosial şəbəkə hesabını sındıraraq, onun adından yalan məlumatlar yayıblar.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu hökümət başçısının mətbuat katibi Lutsiya Yeşatkova bildirib.
“Bütün təhlükəsizlik tədbirlərinə rəğmən, bu gün səhər saatlarında cənab baş nazirin “X” sosial şəbəkəsindəki hesabına haker hücumu olub”, - Yeşatkova bildirib.
Onun sözlərinə əsasən, kibercinayətkarlar rəsmi hesaba giriş əldə etdikdən sonra onun adından ABŞ gömrük rüsumlarına cavab olaraq rəsmi Praqanın cavab sanksiyaları hazırlaması ilə bağlı yalan məlumat yayıblar. İkinci “feyk” xəbər isə Rusiya ordusunun guya Baltikyanı bölgədə olan çex bölmələrinə hücum etməsi olub.
Video ilə müşayiət olunan həmin saxta paylaşımlar baş nazirin “X” səhifəsində bir neçə dəqiqə yayımda olub.