...

Maskın varidatı əhəmiyyətli azalıb

Dünya xəbərləri Materials 8 Aprel 2025 14:23 (UTC +04:00)
Maskın varidatı əhəmiyyətli azalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tramp administrasiyasının sərt rüsum siyasəti fonunda birjalarda baş verən tənəzzüllə əlaqədar “Tesla” şirkətinin səhmləri xeyli ucuzlaşıb. Bu isə şirkətin təsisçisi və baş direktoru İlon Maskın varidatının 300 milyar dollardan aşağı düşməsinə gətirib çıxarıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ümumilikdə cari ilin əvvəlindən etibarən biznesmen 134.7 milyard dollara yaxın vəsait itirib. Bu dünyanın zəngin insanları arasında məbləğ baxımından altıncı ən böyük itki olub.

Bu dinamika, Maskla bağlı ictimai rəyin tamamilə dəyişməsi ilə bağlıdır. ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra İlon Maskın sərvəti maksimum həddə yüksəlsə də, sonrakı dövrdə hər iki şəxsin fəaliyyəti “Tesla”nın baş direktorunu tənqid hədəfinə çevirdi və şirkətin elektromobil satışlarının kəskin azalmasına səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti