...

Martda rekord qlobal temperatur qeydə alınıb

Dünya xəbərləri Materials 8 Aprel 2025 14:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən ay qlobal temperaturun tarixi rekordu təzələnib. Avropada müşahidələrin aparılmağa başladığı dövrdən bəri ən isti mart qeydə alınıb.Yaranmış vəziyyət iqlim dəyişikliyi ilə bağlı beynəlxalq hədəfləri təhlükə altında qoyur.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyinin Monitorinqi Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, mart ayında Avropada orta temperatur 6 dərəcəlik (selsi) nöqtəni keçib.Qeyd olunan göstərici 2014-cü ilin martında pik temperatur kimi rekorda düşmüşdü.

Orta qlobal temperatur isə ötən ay sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,6 dərəcə (selsi) yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti