Bakı. Trend
Myanmada daha bir güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropanın Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5 bal gücündə olan z əlzələnin episentri 177 minə yaxın insanın yaşadığı Meythil şəhərindən 33 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin hiposentri (yeraltı ocağı) 35 kilometr dərinlikdə olub.
Dağıntılar və itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, bir müddət əvvəl Myanmada baş vermiş 7.7 bal gücündə zəlzələ nəticəsində 3645 nəfər həlak olub, 5017 nəfər yaralnıb. 148 nəfərin adı itkin düşənlərin siyahısındadır.