Bakı.Trend:
Myanmada yaxın zamanda yeni zəlzələnin baş verəcəyi ilə bağlı öngörmə videosunun insanlar arasında təşviş yaratması ilə əlaqədar astroloq “TikTok”çu həbs olunub.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Con Mo adlı “astroloq” 3500 nəfərin ölümünə səbəb olmuş 7.7 maqnitudalı dağıdıcı zəlzələdən iki həftə sonra, aprelin 9-da növbəti təbii fəlakətlə bağlı “öngörməsini” bölüşmüşdü.
O, zəlzələnin bu dəfə Myanmanın hər bir şəhərinə ziyan vuracağını demişdi.
Myanmanın İnformasiya Nazirliyinin məlumatına görə, “ictimai təşviş yaratmaq məqsədilə yalan məlumat yaymaq” ittihamı ilə cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.