Bakı. Trend:
Türkiyədən Rusiyaya uçan “Pegasus Airlines” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi səmada yüksəklik toplayan zaman onu iki dəfə ildırım vurub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə 30 noyabrda baş tutmuş İstanbul-Sankt-Peterburq hava reysində baş verib. Pilotlar təhlükəsizlik protokoluna uyğun olaraq Sabiha Gökçen adına hava limanına qayıtmağa qərar veriblər.
Qeyd edilir ki, “Airbus A321” təyyarəsi çəkini təhlükəsiz enişə imkan verən çəkiyə salmaq üçün Qara dəniz üzərində 2 saata yaxın dövrə vuraraq yanacaq yandırıb. Təyyarə dekabrın 1-ə keçən gecə İstanbula təhlükəsiz eniş həyata keçirib, sərnişinlərdən xəsarət alan olmayıb .
