...

Malayziyada güclü daşqınlar: 15 mindən çox insan təxliyə olunub

Dünya xəbərləri Materials 19 Dekabr 2025 09:58 (UTC +04:00)
Malayziyada güclü daşqınlar: 15 mindən çox insan təxliyə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Malayziyada güclü daşqınlar səbəbindən 15 mindən çox insan müvəqqəti yerləşdirmə məntəqələrinə təxliyə edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, krallıqda təxliyə olunan sakinlərin sayı 15 358 nəfərdir. Təbii fəlakət Malayziyanın Pahang (13 472 köçürülən sakin), Trenqanu (1 344), Cohor (356) və Kelantan (186) ştatlarını əhatə edib.

2024-cü ildə Malayziyada baş verən daşqınların vurduğu zərərin həcmi 933,4 milyon ringgit (228,6 milyon ABŞ dolları) təşkil edib ki, bu da ölkənin ÜDM-nin təxminən 0,05 faizinə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti