Bakı. Trend:
Norveçdə 2025-ci ildə satılmış təzə maşınların 96 faizi elektromobil olub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, dekabr ayında isə göstərici 98 faizə yüksəlib.
Qeyd edilir ki, 2024-cü ildə satılmış təzə maşınların 88,9 faizi elektrik dartısına əsaslanırdı.
Ölkədə il ərzində 179 549 ədəd təzə avtomobil rəsmiləşdirilib ki, bu da illik əsasda 40 faiz artım deməkdir.
