...

Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat: çox sayda saxlanılan var

Dünya xəbərləri Materials 3 Yanvar 2026 13:31 (UTC +04:00)
Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat: çox sayda saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Sahil Mühafizə Komandanlıq bölməsinin əməkdaşları Dikili rayonunun sularında qanunsuz miqrantların daşındığı qayıq aşkarlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, radarlarda qayığın yerinin müəyyən edilməsindən sonra əraziyə Sahil Mühafizəsinə məxsus gəmi və qayıq göndərilib. Dayandırılan qayıqda aralarında 7 uşaq olmaqla, ümumilikdə 50 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan qanunsuz miqrantlar zəruri prosedurların başa çatmasından sonra aidiyyəti üzrə - Vilayətin Miqrasiya İdarəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti