...

Yeni Zelandiyada torpaq sürüşməsi təhlükəsi artır: mütəxəssislər xəbərdarlıq edir

Dünya xəbərləri Materials 28 Yanvar 2026 19:00 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şimal Adasında baş verən iki ölümcül torpaq sürüşməsindən sonra mütəxəssislər xəbərdarlıq ediblər ki, qlobal istiləşmənin daha şiddətli və tez-tez fırtınalara yol açması Yeni Zelandiyada ən təhlükəli təbii fəlakətlərdən biri olan sürüşmələrin sayını artıra bilər.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, yanvar ayında Şimali Adada baş verən bir sıra tropik fırtınalar güclü leysan yağışlarına və iki ağır faciəyə səbəb olub. Cümə axşamı səhər saatlarında Tauranga şəhərinin şərqində yerləşən Maunganui dağında torpaq sürüşməsi baş verib və nəticədə bir istirahət parkında altı nəfər torpaq altında qalıb. Rəsmilər onların sağ qalma ehtimalının çox aşağı olduğunu bildiriblər. Həmin gün şəhərin cənubunda baş verən başqa bir sürüşmə isə bir evi tamamilə dağıdaraq iki nəfərin ölümünə səbəb olub.

Mütəxəssislər bildirir ki, Yeni Zelandiyanın tektonik sərhəddə yerləşməsi, ərazilərin qalxması nəticəsində dik yamacların formalaşması və ölkənin yüksək yağıntılı dəniz iqliminə malik olması sürüşmə riskini artıran əsas amillərdir.

Son illərdə baş verən fırtınalar ölkədə genişmiqyaslı fəlakətlərlə nəticələnib. Yer Elmləri Yeni Zelandiyanın məlumatına görə, 2023-cü ildə Qabriel siklonu təxminən 800 min torpaq sürüşməsinə səbəb olub və bu hadisə dünya üzrə indiyədək qeydə alınmış ən ekstremal sürüşmə nümunələrindən biri kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti