Bakı. Trend:
ABŞ-nin iri dərman istehsalçısı "Pfizer" COVID-19 məhsullarına tələbatın azalması və bir sıra köhnə dərmanlarının patent müddətinin başa çatmasına baxmayaraq, müsbət maliyyə nəticələri əldə etdiyini açıqlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bundan əvvəl yaxın illərdə çətinliklərlə üzləşəcəyini və 2029-cu ilə qədər gəlir artımına qayıtmağı gözləmədiyini bildirmişdi.
"Pfizer" bu dövrü yeni blokbaster dərmanların hazırlanması ilə geridə qoymağı planlaşdırır. Bu istiqamətdə əsas ümidlərdən biri piylənməyə qarşı dərmanlardır.
"Pfizer" ötən il piylənmə dərmanı istehsalçısı "Metsera" şirkətini almaq üçün 10 milyard dollar sərmayə yatırıb və bu sahədə "Novo Nordisk" ilə gedən rəqabətdə üstünlük əldə edib. Şirkət bununla sürətlə böyüyən arıqlama dərmanları bazarında mövqeyini gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, şirkət 2028-ci ildə bir neçə potensial piylənmə dərmanının təsdiqini almağı planlaşdırır.
