...

Gürcüstandakı rus qoşunları respublika ərazisindən çıxmağa hazırdır

Dünya xəbərləri Materials 19 Aprel 2006 16:03 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyində hesab edirlər ki, Gürcüstandakı rus qoşunları respublika ərazisindən çıxmağa hazırdır.

Cənubi Qafnazda rus qoşunları qrupunun komandan müavini Vladimir Kuparadzenin bildirdiyinə görə, quru qoşunlarının komandanı, general-leytenant Valeriy Evqenieviçin rəhbərlik etdiyi Müdafiə Nazirliyinin komissiyası belə bir nəticəyə Axalkalaki və Batumidə 62-ci və 12-ci hərbi bazaların texnika və heyətinin Rusiyaya göndərilməsinə hazırlıq dərəcəsini yoxladıqdan sonra gəlib.

O təsdiqləyib ki, birinci eşelonun ölkədən çıxarılması mayın 15-nə təyin olunub. Çıxardılması nəzərdə tutulan texnika Axalkalakidən qonşu Zalqa rayonuna göndəriləcək ki, oradan da dəmiryolu platformalarına yüklənəcək. Bu barədə "Praym-News" xəbər verir.

Xəbər lenti

Xəbər lenti