...

İran nümayəndə heyəti Buşerada AES-in tikintisi ilə bağlı məsələləri müzakirə etmək üçün Moskvaya gəlib

Dünya xəbərləri Materials 11 May 2006 15:52 (UTC +04:00)

Moskvada İran nümayəndə heyəti Buşerada AES-in tikintisinin başa çatdırılması və işə salınmasına hazırlıqla bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Trend in xəbər verdiyi kimi, nümayəndə heyətinə İranın atom enerjisi təşkilatı rəhbərinin müavini Məhəmməd Səidi başçılıq edir. Onu isə bu idarənin digər müavini Mahmud Cənnətiyan müşayiət edir. Gün ərzində İran nümayəndələri "Rosatom"da danışıqlar aparmağı və idarənin rəhbəri Sergey Kiriyenko ilə görüşməyi planlaşdırır.

Danışıqlarda Rusiyanın İranla birgə RF ərazisində uranın zənginləşdirilməsi üzrə müəssisənin yaradılması ilə bağlı təklifi də müzakirə olunacaq. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti