...

Y.Çayka strukturda kadr dəyişiklikləri aparacağına söz verib

Dünya xəbərləri Materials 23 İyun 2006 15:47 (UTC +04:00)

RF baş prokuroru Yuri Çayka prokurorluğun strukturunda kadr dəyişiklikləri aparacağına, həmçinin qısa vaxtda idarənin işini təhlil etməyə söz verib.

O, jurnalistlərin qarşısında bu bəyanatla çıxış edib. Baş prokurorluqda məhz hansı yer dəyişikliklərinin aparılacağını isə Y.Çayka dəqiqləşdirməyib.

Trend in verdiyi xəbərə görə, RF yeni baş prokuroru Yuri Çayka prokurorluq fəaliyyətinin 6 əsas istiqamətinin adını çəkib. Bu gün, Federasiya Şurasında öz namizədliyinin təsdiqi zamanı çıxış edən Y.Çayka hüquq müdafiəsi funksiyasını prokurorluğun işinin prioritetlərindən biri adlandırıb. O, milli layihələrin müşayiət olunması, hüquq-mühafizə orqanlarının işində koordinasiyanın artırılması, korrupsiya ilə mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsini də prokurorluq fəaliyyətinin mühüm istiqamətlərindən olduğunu bilidirb.

Y.Çayka həmçinin qeyd edib ki, istintaqın prokurorluqdan çıxarılmasına qarşıdır və ümumi nəzarət hüququnu prokurorluqda saxlamağı zəruri sayır.

Y.Çayka qeyd edib ki, faşizm və ekstremizm təzahürləri ilə mübarizə də prokurorluq fəaliyyətində mühüm yer tutacaq. O, rəqabət mübarizəsində (biznes) prokurorluqdan istifadə edilmə halının üzərində də dayanıb. "Bu korrupsiya elementidir", - deyə Y.Çayka qeyd edib. Bununla yanaşı, yeni baş prokuror vurğulayıb ki, "prokurorluqda kütləvi təmizlik aparmaq fikrində deyil", və qeyd edib ki, "prokurorluq əməkdaşlarının əksəriyyəti - namuslu insanlardır".

Xəbər lenti

Xəbər lenti