...

Qırğızıstan prezidentinin Qazaxıstana rəsmi səfəri iyulun 4-5-də olacaq

Dünya xəbərləri Materials 3 İyul 2006 19:23 (UTC +04:00)

Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin Qazaxıstana rəsmi səfəri iyulun 4-5-də olacaq. Bu barədə həftələik brifinqdə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Erjan Aşikbayev bildirib.

Ehtimallara görə, Qazaxıstan və Qırğızıstan dövlət başçıları dar və geniş tərkibdə danışıqlar keçirəcək. "Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Danışıqların yekunları üzrə bir sıra sənədlərin imzalanması planlaşdırılıb" - deyə o qeyd edib.

Rəsmi səfər çərçivəsində ikitərəfli əməkdaşlıq haqqında 12 sənəd imzalanacaq. Bu sənədlər bank fəaliyyəti, təhsil, mədəniyyət, miqrasiya və gömrük siyasətinə aiddir. Bu barədə Trend "Kazinform"a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti