...

İstanbulda hakim partiyanın binasında partlayış baş verib

Dünya xəbərləri Materials 4 İyul 2006 16:48 (UTC +04:00)

Çərşənbə axşamı İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının binasında partlayış baş verib. Yerli televiziyanın xəbər verdiyi kimi, ölən və yaralanan yoxdur.

Trend in məlumatına görə, Kanal-7 teleşirkəti bildirir ki, partlayış yerli vaxtla saat 8.50-də (Mosvka vaxtı ilə saat 9.50-də) partiyanın İstanbulun Qartal rayonundakı təşkilatının 3-cü mərtəbəsində baş verib. Kriminalistlərin ilkin versiyasına görə, partlayışa səbəb ofisin girəcəyində zibil konteynerinə qoyulmuş uzaqdan idarə olunan və qəlpələnən partlayıcı qurğu olub.

Partlayış zamanı Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğanın rəhbərlik etdiyi partiyanın nümayəndəliyində heç kim olmayıb. Bu barədə jurnalistlərə partiyanın yerli təşkilatının rəhbəri Həsən Altuntaş məlumat verib. Türkiyədə fəaliyyət göstərən radikal qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti