...

Gürcüstanın dövlət naziri AŞ komissarı ilə insan hüquqlarına əməl olunmasına dair məsələləri müzakirə edəcək

Dünya xəbərləri Materials 10 İyul 2006 15:32 (UTC +04:00)

Gürcüstanın münaqişələrin nizamlanması məsələləri üzrə dövlət naziri Georgi Xaindrava bazar ertəsi Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqlə görüşəcək.

Dövlət naziri aparatından Praym-Nyusa verilən məlumata görə, görüş zamanı Gürcüstanda, xüsusilə Gürücstan-Abxaziya və Gürcüstan-Osetiya münaqişələri zonasında insan hüquqlarının gözlənilməsi ilə bağlı məsələlər, o cümlədən ölkədə gedən cari siyasi proseslər müzakirə olunacaq.

Trend in xəbər verdiyi kimi, Tomas Hammarberq AŞ-nin insan haqları üzrə komissarı postunda Alvaro Hil-Roblesi əvəz edib.

Xəbər lenti

Xəbər lenti