...

Küveyt əmiri yeni Nazirlər Kabinetini təyin edib

Dünya xəbərləri Materials 10 İyul 2006 18:35 (UTC +04:00)

"Associated Press" agentliyinin məlumatına əsasən, bu gün Küveyt əmiri Sabah əl-Əhməd əs-Sabah keçmiş maliyyə naziri şeyx Nasser əl-Muhamməd əs-Sabah tərəfindən formalaşdırılmış hökumətin yeni tərkibini təsdiqləyib. Hakim əs-Sabah ailəsinin üzvləri yeni kabinetdə əsas vəzifələri saxlayıb. Əvvəllər sosial siyasətlə məşğul olan şeyx Əli Carrax əs-Sabah yeni neft naziri təyin olunub.

Trend "RBK"ya istinadən xəbər verir ki, Küveyt hökuməti 2006-cı il iyulun 1-də, islahatçıların qələbə qazandığı parlament seçkilərindən iki gün sonra istefaya çıxıb.

Sabah əl-Əhməd əs-Sabah iyunun 21-də milli məclisi buraxaraq, vaxtından əvvəl seçkilər elan edib. Buna səbəb seçki islahatı ətrafındakı mübahisə və ixtilaf olub. Keçmiş kabinet seçki dairələrinin 25-dən 10-a qədər azaldılmasını, islahatçılar isə 5 dairənin saxlanmasını istəyirdi.

Xəbər lenti

Xəbər lenti