...

"Sovkomflot" və Chevron Shipping Rusiya limanlarından neft daşınmasında əməkdaşlığı genişləndirmək niyyətindədir

Dünya xəbərləri Materials 14 İyul 2006 19:36 (UTC +04:00)

"Sovkomflot" SC və Chevron Shipping Company MMC (ABŞ) qarşılıqlı anlayış haqqında memorandum imzalayıb. Sənədə əsasən, tərəflər Rusiya limanlarından xam neftin daşınmasında əməkdaşlığı genişləndirmək niyyətindədir. Əməkdaşlıq obyektləri sırasında - Xəzər Boru Kəməri Konsorsiumunun terminallarından neftin daşınmasıdır.

"Sovkomflot" enerji daşıyıcılarının dəniz yolu ilə daşınmasında ixtisaslaşıb. Trend agentliyinin məlumatına əsasən, şirkət ümumi tutumu 4 mln ton olan 51 gəmiyə malikdir, sifarişlər porfelində isə ümumi tutumu 1,36 mln ton olan 21 gəmi var ki, bunların 15 tanker, 4-ü maye qaz daşıyıcısıdır. "Sovkomflot"un tankerlərinin orta yaşı - 5,2 ildir.

Xəzər Boru Kəməri Konsorsiumu - keçmiş SSRİ ərazisində özəl kapitalın iştirakı ilə tikilmiş birinci iri boru kəməridir. Bu kəmər Qazaxıstanın Tengiz yatağını Novorossiysk yaxınlığındakı ixrac terminalı ilə birləşdirir. 2006-cı ilin yanvar-iyun aylarında bu kəmərlə "Cənubi Ozereyka-2" terminalı vasitəsilə Novorossiysk limanında 15,13 mln ton neft nəql olunub ki, bu da ötən ilki göstəricidən 0,87% çoxdur.

Xəbər lenti

Xəbər lenti