...

Gürcüstan MDB –dən çıxışın məqsədəuyğunluğunu gözdən keçirməkdə davam edir

Dünya xəbərləri Materials 17 İyul 2006 18:14 (UTC +04:00)

Gürcüstan höküməti MDB -dən çıxışın məqsədəuyğun olduğunu fəal surətdə öyrənməkdə davam edir. Bu barədə bu gün Gürcüstanın baş naziri Zurab Noqaideli jurnalistlərə bildirib.

"Gürcüstan prezidentinin tapşırığı ilə yaradılmış işçi qrup daimi əsaslarla işləyir, biz bu qərarın bütün mənfi və müsbət cəhətlərini öyrənirik", - deyə o bildirib. Baş nazir qeyd edib ki, MDB çərçivəsində çoxtərəfli sazişlərdən birlik üzvləri ilə ikitərəfli sazişlərə keçir.

"Hansı nəticənin əldə olunacağı barədə danışmaq mənim üçün hələ çətindir, biz hələ müzakirələrə gedən yoldayıq", - deyə o bildirib.

Rusiya gürcü çaxırlarına, mineral sulara və meyvələrə embarqo qoyduqdan sonra MDB-dən çıxış məsələsi aktual məsələyə çevrilib. Bu barədə Trend Kavkaz-press-ə istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti