İraqın keçmiş siyasi lideri Səddam Hüseyn aclıq keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilməsindən sonra ilk dəfə məhkəmə qarşısında durub. Onun sözlərinə görə, o, birbaşa xəstəxanadan, onun istəyi olmadan məhkəmə prosesinə gətirilib. Son dəfə S.Hüseyn 19 iyun 2006-cı ildə məhkəmədə iştirak edib. Həmin iclasda ittihamçı tərəfin nümayəndəsi Cəfər Əl-Musavi İraqın keçmiş prezidenti üçün ən yüksək cəza tələb edib.
Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, S.Hüseyn bu il iyulun 23-də - aclıq keçirməsinin 17-ci günündə xəstəxanaya aparılıb. O və üç müttəhim, onların fikrincə, ədalətsiz məhkəməyə etiraz əlaməti olaraq, bu aclıq aksiyasına başlayıb.
Keçmiş İraq lideri üzərində ilk proses indi tamamlanmaq üzrədir. Şahidlər dindirilib. İttihamçı tərəf 8 iyul 1982-ci ildə diktatora qarşı edilən sui-qəsddən sonra Ed-Duceyl kəndində 148 şiyənin öldürülməsinə görə S.Hüseyn üçün ən yüksək cəza - ölüm cəzasını tədəb edib. Bununla yanaşı, prokurorun fikrincə, İraqın keçmiş prezidentinin yeddi silahdaşından ikisi də bu cəzaya layiqdir.
21 avqust 2006-cı ildə Bağdadda İraqın keçmiş liderinin işi üzrə ikinci məhkəmə prosesi başlayacaq. Bu dəfə diktator 1980-ci illərdə "Anfal" əməliyyatı zaman təxminən 100 min kürdün soyqırımında ittiham olunacaq. İttihamçı tərəfin məlumatına görə, o zaman kürdlərin məskunlaşdığı mindən artıq yer məhv edilib, oradakı əhali isə öldürülüb və ya zorla başqa rayonlara aparılıb. Prokurorlar qətllərin xüsusi qəddarlıqla yerinə yetirilməsinə diqqəti cəlb ejirlər: onlarda olan məlumata görə, əsəbləri iflic edən qaz və kimyəvi silahın digər növlərindən istifadə edilib. S.Hüseyn kürd hərbçilərini İraqın çoxdankı düşməni - İraqla əlaqədə günahlandırırdı.