...

Türkiyənin Nəqliyyat Nazirliyi ilə bu ölkənin Gömrük İdarəsi yeni protokol imzalayıb

Dünya xəbərləri Materials 28 İyul 2006 10:49 (UTC +04:00)

Türkiyədən xarici ölkələrə məhsul ixracı istiqamətində bürokratik əngəlləri aradan qaldırmaq məqsədilə bü ölkənin Nəqliyyat Nazirliyi və Gömrük İdarəsi arasında yeni protokol imzalanıb.

Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, vəzifələrin yenidən bölüşdürülməsinin əsas prinsiplərini özündə əks etdirən sənəd Türkiyə gömrük xidmətinin nümayəndəsi Məhmət Şahin ilə bu ölkənin nəqliyyat nazirinin müavini İbrahim Şahin tərəfindən imzalanıb.

Protokola əsasən, sentyabrın 1-dən Nəqliyyat Nazirliyi nümayəndələrinin ölkənin gömrük məntəqələrindəki funksiyaları bilavasitə gömrük əməkdaşları tərəfindən icra olunacaq.

Protokolun imzalanması mərasimində iştirak etmiş Türkiyənin dövlət naziri Gürşad Tüzmenin bəyanatına görə, sənəddə əsas məqsəd sürücülərin "yük maşınından düşmədən" ölkədən məhsulların ixracına dair sənədləri rəsmiləşdirə bilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti