Türkiyə ölkənin HHQ-ni gücləndirmək məqsədilə 30 ədəd F-16 tipli ən yeni təyyarə almaq niyyətindədir. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Amerikanın Lockhed Martin firmasının nümayəndələri ilə müvafiq danışıqlar aparılır.
Türkiyə bu təyyarənin ən yeni versiyasını - F-16 Block 52+ təyyarəsini əldə etmək niyətindədir. Sövdənin dəyəri təxminən 1,5 mlrd dollar təşkil edir.
F-16 təyyarəsinin alınması üzrə danışıqlar Türkiyənin Avropa ölkələri ilə birgə F-35 yeni nəsil təyyarələrinin istehsalı layihəsində iştirakı çərçivəsində aparılır. Bu layihə Türkiyənin mövcud olduğu dövr ərzində ölkənin ən iri hərbi layihəsi hesab olunur. Layihə 100 ədəd F-35 tipli təyyarənin istehsalını nəzərdə tutur və dəyəri 10 mlrd dollar təşkil edir.