...

Astananın 2007-ci ilə olan büdcə layihəsi təxminən 74 mlrd. tengedir

Dünya xəbərləri Materials 9 Avqust 2006 19:21 (UTC +04:00)

Astananın 2007-ci ilə olan büdcə layihəsi bu gün Qazaxıstanın baş naziri Danial Axmetovun sədrliyilə keçirilən müşavirədə müzakirə olunub.

Trend in xüsusi müxbiri bildirir ki, müşavirədə prioritet təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin siyahısı təqdim olunub və avtomobil yollarının tikintisi məsələləri müzakirə olunub.

Gələn il Kartalinski, Cagildina küçələrində, Sənaye qəsəbəsi və paytaxtın sol sahilində 5 yeni məktəbin istismara verilməsi planlaşdırılır. 2007-ci ildə 800 yerlik peşə məktəbinin, Moskva küçəsi və Seyfuləddin-Ömərov küçələri rayonunda 2 orta məktəbin tikintisinə başlanacaq.

Bundan əlavə, 150 çarpayılıq doğum evi və daha bir yeni körpünün tikintisi, "Ramstor" rayonunda köhnə körpü və bir sıra digər strateji obyektlərin bərpası üçün vəsait ayırmaq planlaşdırılır.

Qazaxıstanın baş naziri paytaxtın 74 mlrd tenge həcmində budcə layihəsini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti