...

Zviad Qamsaxurdianın cənazəsinin Tbilisidə dəfn olunması üzrə dövlət komissiyanın yaradılması qərara alınıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 17:14 (UTC +04:00)

Gürcüstanda keçmiş prezident Zviad Qamsaxurdianın Çeçenistandakı cənazəsinin Tbilisidə dəfn olunması üzrə dövlət komissiyanın yaradılması qərara alınıb. Bu barədə bu gün Gürcüstanın XİN başçısı Gela Bejuaşvili hökümət toplantısı ərəfəsində bildirib. O qeyd edib ki, həmin "komissiya Qamsaxurdianın yenidən basdırılmasının tarixi və yeri ilə bağlı bütün məsələləri həll edəcək".

Trend İTAR-TASS-a istinadən xəbər verir ki, avqustda Qamsaxurdianın ailə üzvlərinin xahişi ilə Gürcüstan XİN onun Çeçenistandakı cənazəsinin Tbilisidə basdırılması məsələləri üzrə "RF XİN-lə məsləhətləşmələr apardığı" barədə məlumat verilib.

Zviad Qamsaxurdia 1990-cı ilin noyabr ayında Gürcüstanın Ali Sovetinin sədri, 1991-ci ilin may ayında isə prezident seçilib. 6 yanvar 1992-ci il tarixində onun tərəfdaşlarının və düşmənlərinin silahlı toqquşmasından sonra Gürcüstanı tərk edib və 1,5 il Çeçenistanda yaşayıb. 24 sentyabr 1993-cü ildə o, Gürcüstana qayıdıb və zorla hakimiyyətə gəlmək istəyib, lakin onun bu cəhdi uğursuz olub. 31 dekabr 1993-cü ildə - 54 yaşında Qərbi Gürcüstandakı kəndlərdən birində özünə qəsd edib. Lakin dul arvadı və bəzi silahdaşları onun öldürüldüyünü bildirirlər. Dul arvadının xahişi ilə o zaman Qamsaxurdianın cənazəsi 1994-cü ildə Qroznı şəhərində basdırılıb. 2 ildən sonra Qroznıdakı hərbi əməliyyatlarla əlaqədar cənazə Çeçenistanın digər yerinə aparılıb. Son iki il ərzində Gürcüstanın yüksək vəzifəli şəxsləri bildirib ki, "Z.Qamsaxurdia Gürcüstanın birinci prezidenti kimi vətəndə hörmətlə dəfn olunmalıdır".

Xəbər lenti

Xəbər lenti