...

Rusiya prezidenti regionları enerji balansına riayət etməyə çağırıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2006 18:33 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiyanın bütün regionlarını enerji balansına riayət etməyə çağırır. "Ölkədə biz bütövlükdə və ayrılıqda, xüsusilə, enerji balansı barədə düşünməliyik", - deyə V. Putin Xabarov vilayətinin qubernatoru Viktor İşayev ilə görüşündə bildirib. Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, V. İşayev dövlət başçısına Saxalin-Komsomolsk-na-Amure-Xabarosk qaz kəmərinin istismara verilməsi barədə məlumat verib.

"Hətta təhlükəsizlik nöqteyi-nəzərindən, hər şeyi tək qazın boynuna qoymaq mümkün deyil", - deyə Putin bildirib. Onun sözlərinə görə, müxtəlif enerji mənbələrindən istifadə etmək lazımdır, özü də ilkin enerjiyə üstünlük verilməlidir - harada varsa, orada torf və kömürdən mütləq istifadə olunmalıdır.

"Siz də öz vilayətinizdə bunu nəzərə alın", - deyə Putin İşayevə bildirib.

Xəbər lenti

Xəbər lenti