...

Qazaxıstanda "Neft və qaz" Beynəlxalq sərgi və konfransı öz işinə başlayıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2006 19:07 (UTC +04:00)

Bu gün Almatada "Neft və Qaz" - "KİOGE-2006" 14-cü Qazaxıstan Beynəlxalq sərgi və konfransı işə başlayıb. Bu barədə Trend in xüsusi müxbiri QR Energetika və Mineral Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. "KİOGE-2006" oktyabrın 3-dən 6-na qədər keçiriləcək.

KİOGE-nin 14 illik tarixi ərzində hadisə Mərkəzi Asiyanın neft-qaz sənayesinin təqvimində ən mühüm və nüfuzlu hadisələrdən biri kimi yer tutub. Sərgi və konfrans hər il yanacaq-energetika kompleksinin rəhbərləri, alimləri, mütəxəssisləri və MDB, Avropa, Asiya və Amerika ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqəni saxlamaq imkanı verir. Qazaxıstan Respublikası Höküməti, Energetika və Mineral Sərvətlər Nazirliyi, "KazMunayQaz" QSC, həmçinin iştirakçı-ölkələrin Qazaxıstandakı diplomatik missiyaları sərgi və konfransa rəsmi dəstək göstərir.

Ehtimal olunur ki, sərgidə 15 000-dən artıq mütəxəssis, menecer, mühəndis, həmçinin hökümət nümayəndə heyətləri və diplomatik missiyalar iştirak edəcək. Sərgi iştirakçıları arasında BG Kazakhstan, BP Exploration Operating Company, ChevronTexaco, China Petroleum Technology & Development, ENI, Exxonmobil, HurricaneSHNOS, KazMunaiGaz, Kaztransoil, Karachaganak Petroleum Operating, Shell Kazakhstan Development, Saipem, StatOil, Tengizchevroil, TotalfinaElf kimi şirkətlər və bir çox əcnəbi və Qazaxıstan istehsalçıları, operatorlar və servis şirkətləri var.

Sərgidə təmsil olunmuş şirkətlərin fəaliyyəti sənayenin bütün sahələrini - neft və qaz hasilatı, təmizlənməsi və emalı üzrə avadanlıq, nəqliyyat texnologiyaları, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, seysmik tədqiqat və avadanlıq, mexanikləşdirilmiş vasitələri əhatə edir.

KİOGE sərgi və konfransı neft sənayesinin problemli məsələlərinin və inkişaf perspektivlərinin müzakirəsi və görüşlər keçirmək üçün unikal imkan verir, alim və mütəxəssislərin əməkdaşlığının möhkəmlənməsinə yardım edir.

Xəbər lenti

Xəbər lenti