...

Polşa sərhədçiləri Tiflisə bazar ertəsi gələcək

Dünya xəbərləri Materials 6 Noyabr 2006 13:51 (UTC +04:00)

Trend -in məlumatına əsasən, Polşa sərhəd idarəsi kadrlar şöbəsinin rəisi başda olmaqla, kapitan Marto Krukovskinin hazırladığı nümayəndə heyəti Tiflisə bazar ertəsi gələcək.

Praym-Nyusda deyildiyi kimi, sərhəd polis idarəsində Polşa nümayəndə heyətinin üzvləri Gürcüstanın sərhəd idarəsinin rəisi Badri Biçadze ilə görüşəcək.

Səfərin məqsədi Avroatlantik strukturlarına inteqrasiya sahəsində təcrübə mübadiləsidir.

Polşa sərhədçiləri sərhəd polisinin tədris mərkəzinə və Batumidəki sahil mühafizə xidməti bazasına baş çəkəcək.

Polşa nümayəndə heyətinin səfəri 10 noyabrda başa catacaq.

Xəbər lenti

Xəbər lenti