...

İstanbulda "Erməni məsələsi sənədlərdə" sərgisi açılıb

Dünya xəbərləri Materials 10 Noyabr 2006 12:03 (UTC +04:00)

İstanbulda Hərbi muzeyin binasında "Erməni məsələsi sənədlərdə" sərgisi açılıb.

Trend in Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, sərginin ekspozisiyaları Osmanlı hökümətinin ermənilərin köçürülməsi üzrə qərarı ilə bağlı sənədli materiallara əsaslanıb.

Muzeydə nümayiş olunan sənədlər arasında hökümətin ermənilərin hərbi rayonlardan köçürülməsi haqqında qərarının əsli, onların siyahısı, türk ordusu sıralarında xidmət edən ermənilərin məktubları, erməni terrorunun qurbanı olan türklərin fotoşəkilləri var.

Türk ordusunun komandanı Kazım Karabekirin erməni bandalarının dinc türk əhalisinə qarşı törətdiyi vəhşiliklər haqqında verdiyi raport sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Muzey materialları internet şəbəkəsində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti