...

İstanbulun Üsküdar rayonunda spirtli içkilərə qoyulan qadağa əleyhinə etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 21 Noyabr 2006 12:52 (UTC +04:00)

Üsküdar meriyasının ictimai yerlərdə spirtli içkilərdən istifadə üçün qadağa və cərimə tətbiq edilməsi qərarına qarşı etiraz aksiyasında İstambulun 500-ə yaxın sakini iştirak edib. Mitinqçilər meriya tərəfindən "Sahilboyu zonada spirtli içki içmək qadağandır" transparantının qarşısında toplaşanlar bir-birlərini müxtəlif spirtli içkilərə qonaq ediblər.

Trend -in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, tədbirdə iştirak edən "Cümhuriyyət" qəzetində işləyən jurnalist Deniz Som və rəssam Bedri Baykam qeyd ediblər ki, belə qadağa ölkəni Orta əsrlərə qaytarmaq istəyən islamçıların özbaşnalığından başqa bir şey deyil.

Onlar aksiyanı, vətəndaşların azadlıq və həyat tərzinə qarışmağın əleyhinə olan Türkiyə ziyalılarının və demokratik qüvvələrin müqaviməti adlandırıblar.

Xəbər lenti

Xəbər lenti